
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması ilə qarşılaşıb.
“Dalğa Arena”da keçirilən oyun millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Sevinc Cəfərzadə və Nanə Mollayeva vurub.
Qeyd edək ki, fevralın 20-də keçirilən ilk oyunda Azərbaycan millisi rəqibini 4:0 hesabı ilə məğlub edib.