
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “Paderborn”la 3:3 hesablı heç-heçə edib.
Nazarov start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının iki qolunu da məhz Dmitri vurub. O, 63 və 70-ci dəqiqələrdə penaltidən dəqiq yararlanıb. Amma komandası son dəqiqələrdə buraxdığı 2 qolla qələbəni əldən verib.
24 oyuna 16 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.