Premyer Liqanın XXIII turu "İnter"in müdafiəçisi Arif Daşdəmirov ümün əlamatdar olub. Fanat.az xəbər verir ki, "Bakı" ilə qarşılaşmasında futbolçu "İnter"in heyətində çempionatda 100-cü oyununa çıxıb.
Qeyd edək ki, Arif 2010-cu ilin yayından etibarən “İnter”də çıxış edir. O, Premyer Liqada debüt oyununa Tovuz şəhər stadionunda çıxıb. O zaman Kaxaber Tsxadadzenin komandası “Turan”ı 3:0 hesabıyla məğlub etmiş, Arif də 90 dəqiqə meydanda olmuşdu. Həmin mövsümdə Daşdəmirov 30, növbəti mövsümdə 27, 2012/13 mövsümündə 25, cari çempionatda isə 18 matçda oynayıb.
Çempionatda keçirdiyi 100 qarşılaşmada müdafiəçi meydançada ümumilikdə 7794 dəqiqə keçirib və 16 dəfə oyunun gedişində meydaçaya çıxıb. Arif bu oyunlarda 20 sarı vərəqə alıb və bir dəfə meydançadan uzaqlaşdırılıb. Bu hadisə 2011/13 mövsümündə "Sumqayıt"la (2:0) keçirilən ev oyununda baş verib.
Bu matçlarda futbolçu iki qolla fərqlənib. Arif ilk qolunu 2011-ci ildə “Sumqayıt-Şəhər”lə (0:2) səfər qarşılaşmasında vurub. İkinci qol isə "Qəbələ" (2:1) ilə ilk ev qarşılaşmasında qeydə alınıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol