16:43 03.03.2022 1191

"Mən "qaranlıq"da iki Olimpiada udmuşam..." - İlham Zəkiyev

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Cüdoçularımız "London-2012" Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Türkiyənin Antalya şəhərində olarkən, iki dünya şöhrətli azərbaycanlı tatami ustasının iştirakı ilə baş verən bir əhvalat idmançılar arasında kifayət qədər məşhurdur. Belə ki, olimpiyaçılarla birgə təlim-məşq toplanışında iştirak edən Paralimpiya çempionu İlham Zəkiyev yorucu məşqdən sonra köməkçisi ilə birgə qaldığı otel otağına çıxaraq istirahət edirmiş. Uzun müddət ondan səs-soraq çıxmamasından narahatlıq keçirən heyətin həmişə şən, hazırcavab üzvü Elnur Məmmədli, məşq yoldaşının kefini açmaq istəyi ilə yuxarı qalxıb, otağın zəngini sıxır. Bir neçə saniyə sonra qapının İlhamın elə özü tərəfindən açıldığını, üstəlik, içərinin tam qaranlıq olduğunu gördükdə, Olimpiya çempionu təəccübünü boğa bilməyərək soruşur:
 
- Ay İlham, bu qaranlıqda qapını necə açdın?
 - Mən "qaranlıqda" iki Olimpiada udmuşam, qardaş, sən isə bir qapını açmağıma təəccüblənirsən...

İkiqat Paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi, dünya kubokunun, digər müxtəlif mükafat və təltiflərin sahibi, dostları, sevənləri, onunla qürur duyan hər kəs üçün isə sadəcə, İlham. İlham Zəkiyev... Zirvənin yolunu gözüyumulu tapan qəhrəman Qarabağ qazisi. 

Azərbaycan Respublikası Prezidentinin "cəsurluq və ləyaqət simvolu" adlandırdığı əfsanəvi idmançımız bu gün doğum gününü qeyd edir. 42 yaşını tamamlayan çempionla onun ömür yoluna bir daha nəzər saldıq.

- İlham bəy, ilk növbədə, sizi doğum gününüz münasibətilə təbrik edirik. Bu əlamətdar tarixi necə qeyd edirsiniz?
- Təbrik üçün çox sağ olun. Sözün açığı, mən təmtəraqlı ad günləri keçirməyi sevmirəm. Sadəcə, ailə üzvlərimlə birgə qeyd edirəm. Bu gün də istisna deyil.

- Hədiyyələri xoşlayırsınız, yoxsa sözdolu təbriklər sizin üçün daha qiymətlidir?
- Kim deyirsə ki, hədiyyəni sevmirəm, o, 100 faiz yalan danışır. Hədiyyəni sevməyən insan yoxdur. Əlbəttə ki, istənilən formada yada salınmaq, quru sözlə təbrik də mənim üçün hədiyyə qədər dəyərlidir.

- Ən yaddaqalan doğum günü hədiyyəniz hansı olub?
- Doğum günü ilə bağlı konkret nəsə deyə bilməyəcəyəm. Amma belə heç vaxt unutmayacağım bir anı danışa bilərəm. 2005-ci ildə ailə həyatı qurarkən, cənab Prezident İlham Əliyev mənə avtomobil bağışlamışdı. Hədiyyəni dövlət başçısının adından o vaxt Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışan indiki Baş nazirimiz Əli Əsədov təqdim etmişdi.

- Bir az da uşaqlıq illərinizdən danışarsınız: Necə uşaq olmusunuz?
- Aktiv uşaq olmuşam. İdmana gedirdim, dərslərimi də orta səviyyədə oxuyurdum. Xüsusən coğrafiya, riyaziyyat, dil və ədəbiyyatda yaxşı idim. Həmçinin rəsm çəkməyə həvəsim çox idi. Özüm dava-dalaşdan uzaq olsam da, döyüş filmlərinin Jan-Klod Van Damm, Silvester Stalone, Arnold Şvartsenegger kimi ulduzlarının portret-rəsmlərini çəkməyi sevirdim. 
Arzum Prezidentin mühafizə xidmətində çalışmaq olub. Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirdim. Odur ki, elə məktəbi bitirdikdən sonra sənədlərimi sözügedən ali təhsil ocağına verdim. Lakin iş elə gətirdi ki, qabiliyyətdən məqbul qiymət ala bilmədim. Həmçinin Moskvada keçirilən yeniyetmələrin yay olimpiadasına qatılmaq istəsəm də, yaşım bir ay keçdiyindən, bu arzum da həyata keçmədi. Beləcə, əsgərlik vaxtım yetişdi. Sonrasını da özünüz bilirsiniz...

- Düşmən gülləsi... Uğrunda gözünüzün nurunu itirdiyiniz torpaqlarımız artıq azaddır. Bilirik ki, Vətən müharibəsindən sonrakı müddətdə dəfələrlə işğaldan azad olunan ərazilərə gedib gəlmisiniz. Bu zaman hansı hissləri yaşayırsınız?
- Bunları sözlə ifadə etmək çətindir. 2020-ci ilin 27 sentyabr günü Türkiyədə idim. Dostlarım mənə mesaj yazıb bildirəndə ki, qoşunlarımız bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb, göz yaşlarımı saxlaya bilmədim. Həm qürurlandım, həm də təəssüf hissi keçirdim ki, mən döyüşlərdə iştirak edə bilməyəcəyəm. Vətən müharibəsi ərzində və ondan sonrakı dövrdə bir vətəndaşlıq borcu kimi əsgər və zabitlərimizin yanında olub, onlara mənəvi dəstək verməyə çalışdım. Hospitallara gedib yaralı qazilərimizlə görüşdüm. Rastlaşdığım mənzərə məni bir azərbaycanlı, bir qazi kimi hər dəfə duyğulandırırdı. Yaralı əsgərlərimizin hamısı yenidən cəbhəyə dönməyə, döyüş yoldaşlarının yanında olmağa can atırdı. Birlik və sarsılmazlıq bizi mütləq qələbəyə aparmalı idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu zəfəri əldə edib, öz tarixinin şərəf və ləyaqət səhifəsini yazdı. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır. 

21 il əvvəl yaralandığım Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad olunanda zabit dostlarımız zəng edib gözaydınlığı verdilər. Dedilər ki, İlham, sənin qisasını aldıq.

- Karyeranızda kifayət qədər titullara yiyələnmisiniz. Hansı uğurların hələ irəlidə olduğunu düşünürsünüz?
- Hədəf Paris-2024 Yay Paralimpiya Oyunlarıdır. Üçüncü dəfə Paralimpiya çempionu olmaq istəyirəm. Məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm. Bilirsiniz ki, Paralimpiya cüdosunda yeni qaydalar qüvvəyə minib. Yeni əsasnamə ilə artıq bir yarış da baş tutub. Haqq-ədalətin yerini tapması mənə yeni stimul oldu.

- Ötən yaşınızın idman nöqteyi-nəzərdən əsas hadisəsi, şübhəsiz ki, əvvəlki ildən təxirə salınan Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edib, orada uzun müddət sonra Paralimpiada medalı qazanmağınız oldu. Həmin anları bir daha xatırlayaq...
- Öncəki müsahibələrimdə də dediyim kimi, Paralimpiadanın təxirə salınması Azərbaycan idmançıları üçün göydəndüşmə oldu. Çünki biz Tokioya qalib, Vətən müharibəsində zəfər çalmış ölkənin nümayəndələri kimi iştirak etdik. Bu da bizim uğurlarımızda böyük rol oynadı. Müzəffər Ali Baş Komandan və Ordumuz 30 illik həsrətimizə son qoydu. Biz idmançılar da ruh yüksəkliyi ilə qatıldığımız Oyunları böyük qələbə ilə başa vurduq. 14 qızıl, 1 gümüş və 4 bürünc medalla sonda ümumkomanda hesabında tarixdə ilk dəfə ilk "10-luq"da qərarlaşdıq. Öz nəticəmə gəldikdə, düzü, həmin vaxt çoxları mənim oradan medalla dönəcəyimə inanmırdı. Üzümə deməsələr də, qulağıma çatırdı ki, deyirmişlər, İlham yaşlanıb, əvvəlki formadan uzaqdır və s. Zədələri və səhhətimlə bağlı yaranan problemləri nəzərə alıb nəticəni mən də özüm üçün uğurlu sayıram. Üstəlik, hamı orada kimlərlə güləşdiyimi gördü. Rəqiblərimin hamısı görmə imkanı olan idmançılar idi. 

- 2019-cu ildə keçirilən Avropa çempionatında uzun illər sonra ilk dəfə fərdi yarışı qızıl medalsız başa vurmuşdunuz. Üstəlik, keçən ilin mayında Bakıda keçirilən Qran Pri-də çıxışınız uğurlu alınmamışdı. Belədə etiraf edək ki, sizinlə bağlı inamsız danışanları da hardasa başa düşmək olardı. Ümumilikdə, bunlar motivasiyanıza necə təsir edib?
- Fikir verməməyə çalışmışam. Odur ki, nə əhvalım korlanıb, nə də özümü kimlərəsə sübut etmək ehtiyacı duymuşam. Hər zaman necə inam və təmkinlə hazırlaşmışdımsa, indi də elə oldu. Bundan sonra da elə olacaq.

- Bir az əvvəl Paralimpiya cüdosundakı yeni qaydalar barədə vurğu etdiniz. Bu ilin noyabrında Bakıda təşkil olunacaq dünya çempionatı da yeni qaydalarla təşkil olunacaq. Öz dilinizlə desək, haqq-ədalətin bərpa olunduğunu nəzərə alsaq, yəqin ki, "doğma divarlar arası"ndakı mundialda hədəfiniz yalnız qızıl medal olacaq. Ümumilikdə isə bu dünya çempionatındakı nəticə sizin üçün hansı əhəmiyyəti kəsb edir?
- Allah bütün Azərbaycan idmançılarını zədədən qorusun. Həmin ərəfədə zədə olmasa, əlbəttə, ancaq qızıl medal haqqında düşünəcəyəm. Hazırda zədədən bərpa dövründəyəm. Yüngül məşqlərlə kifayətlənirəm. O vaxta kimi yəqin ki, hər şey qaydasına düşəcək. Dünya çempionatının əhəmiyyəti, təbii ki, çox böyükdür. "Ev"də hamı məndən ən yaxşı nəticəni gözləyəcək. 

Son yarışın iştirakçılarına baxdım, orada xeyli yeni, heç tanış olmayan adlar gördüm. Dünya çempionatından öncə yeni qaydalarla Avropa çempionatı baş tutacaq. Orada onların bəziləri ilə tanışlıq imkanım olacaq.

- Yeni qaydalara əsasən, 100 və +100 kiloqram çəki dərəcələrindəki idmançılar artıq birlikdə - +90  kq çəki dərəcəsində mübarizə aparacaqlar. Burada ən diqqətçəkən rəqiblər braziliyalı Vilyan Araujo və onun məşhur həmyerlisi, "görməyən əfsanə" Antonio Tenoriodur. Dördqat Paralimpiya çempionu ilə tatamidə üz-üzə gəlmək ehtimalına necə yanaşırsınız? 
- Tenorio ilə bunadək bir dəfə qarşılaşmışam. Bu da Braziliyanın San-Paulu şəhərində keçirilən Dünya Oyunlarının komandalarası final görüşünə təsadüf edib. Həmin vaxt hesab 2:2 idi, son nöqtəni mən qoydum. Karyeramda ilk dəfə baxımlı dizdənatma fəndini həmin görüşdə tətbiq etmişdim. Amma indi onun artıq 51 yaşı var. Araujo ondan 22 yaş cavandır. Çox güman ki, karyerasını bitirəcək. Davam eləsə də, hesab edirəm, Parisdə olmayacaq. Təbii ki, o da böyük idmançıdır. Yenidən qarşılaşmağımızı istərdim.

- Sizi hər kəs diqqətli, qayğıkeş insan kimi tanıyır. Xatırlayıram ki, Avropa Oyunları ərəfəsində idmançılarla bağlı rubrika hazırlayanda əksər məşhurlarımız ən diqqətli idmançı kimi sizin adınızı çəkmişdi. Bu, nədən irəli gəlir?
- Bacardığım qədər hər bir idmançıya, ələlxüsus da gənclərə dəstək olmağa çalışıram. Çünki mən də onların yaşında olanda bu dəstəyə ehtiyac duymuşam, nə demək olduğunu yaxşı bilirəm. Uşaq olarkən sumqayıtlı məşhur güləşçi, Azərbaycanın ilk Avropa çempionu Rövşən Hacıyev bizim hamımızın kumiri idi. O, bizə salam verəndə özümüzü dünyanın ən xoşbəxti sanırdıq. Onun hər məsləhəti, dəstəyi bizi fərəhləndirirdi. Nəyə görə biz də o sevinci yeniyetmə və gənc idmançılara yaşatmayaq? Axı bu onlara çox lazımdır. 

- Dostlarınız deyir ki, sadəcə idmançı həmkarlarınıza qarşı deyil, demək olar ətrafdakı hamıya qarşı beləsiniz...
- Hardasa kimsə görür, tanıyır. Hiss edirəm ki, yaxınlaşmaq istəyir. Özüm qabaqlayıb deyirəm ki, gəl, şəkil çəkdirək. İndi sosial şəbəkələr dövrüdür. Hamı istəyir ki, məşhur adamla şəkil çəkdirib paylaşsın. İnsanlara az da olsa, sevinc bəxş edə biliriksə, nə xoş bizə.

- İlham bəy, ailənizdə üç övlad böyüyür. Onlarla bağlı arzularınız nədir?
- Təhsildə uğur qazanmalarını arzulayıram. Mənim üçün öncəlik onların təhsilli olmasıdır. Elə uşaqların özü də oxumağa meyillidirlər. Böyük oğlum İlkin bu il 10-cu sinifdə oxuyur. Arzusu hüquqşünas olmaqdır. Hazırlıqlarla paralel olaraq idmana da gedir. Qızım Aynur 8-ci sinifdə təhsil alır. O, müəllim olmaq istəyir. Kiçik oğlum Həmzə isə hələ 3-cü sinifdədir.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

19:31

MPL: "Zirə" "Qarabağ"a qarşı - YENİLƏNİR 

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

15:58

"Təəccübləndiyimi deyə bilmərəm, amma..." - Andrey Lunyov

15:39

Rəşad Sadıqov 3 futbolçusunu "Qarabağ"a qarşı oynada bilməyəcək

15:21

AFFA Budaq Nəsirovu diskvalifikasiya etdi

15:04

"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu "bürünc" görüşünə çıxacaq

14:48

"Mənim uşaqlarım trebli haqq edirlər" - Xabi Alonso

Facebookdan bizi izləməyi unutmayın.
X