22:00 08.03.2022 3578

AÇ: Millimizdən bir qızıl, bir gümüş və iki bürünc medal

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 130 kq-da çıxış edən Sərxan Məmmədov üçüncü yer uğrunda görüşdə yunanıstanlı Nikolas Ntoniasla üz-üzə gəlib.

Rəqibini 6:1 hesabı ilə məğlub edən Məmmədov 3-cü yeri tutub.

Bununla da yunan-Roma güləşi millimizin yarışda qazandığı medalların sayı 4-ə çatıb. Xatırladaq ki, daha əvvəl Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) isə bürünc mükafata sahib çıxıb.

***​​​​ 21:30

Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatının bürünc medalını qazanıb.

Fanat.Az xəbər verir ki, 87 kq-da yarışan idmançı həlledici görüşdə ermənistanlı Gevorq Tadevosyanı 6:5 hesabı ilə yenib.

Qeyd edək ki, daha əvvəl Xasay Həsənli (77 kq) finalda gürcüstanlı Davit Soloqaşvilini yenərək Avropa çempionu olub. Ziya Babaşov (63 kq) isə baş mükafat uğrunda həlledici dueldə Gürcüstanın digər təmsilçisi Giorgi Şotadzeyə uduzaraq gümüş medalla kifayətlənib.

Bu gün daha bir güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq. 130 kq-da yarışan Sərxan Məmmədov yunanıstanlı Nikolaos Ntuniasla üz-üzə gələcək.

*** 21:20

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Fanat.Az xəbər verir ki, 77 kq-da yarışan idmançı həlledici görüşdə gürcüstanlı Davit Soloqaşvili ilə qarşılaşıb.

Rəqibinə elə ilk hissədəcə tam üstünlüklə (10:0) qalib gələn Xasay qitə çempionatının qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Ziya Babaşov (63 kq) finalda Gürcüstanın digər təmsilçisi Giorgi Şotadzeyə uduzaraq gümüş medalla kifayətlənib.

Bu gün daha iki güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq. 87 kq-da çıxış edən Laçın Vəliyev ermənistanlı Gevorq Tadevosyanla, 130 kq-da yarışan Sərxan Məmmədov isə yunanıstanlı Nikolaos Ntuniasla güləşəcək.

***

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 63 kq-da yer alan idmançı gürcüstanlı Giorgi Şotadze ilə qarşılaşıb.

Rəqibinə 0:3 hesabı ilə uduzan Babaşov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün daha bir yunan-Roma güləşçimiz - Xasay Həsənli (77 kq) final görüşünə çıxacaq. O, "qızıl" uğrunda Gürcüstanın digər təmsilçisi Davit Soloqaşvili ilə üz-üzə gələcək.

87 kq-da çıxış edən Laçın Vəliyev bürünc medal uğrunda ermənistanlı Gevorq Tadevosyanla, 130 kq-da yarışan Sərxan Məmmədov yunanıstanlı Nikolaos Ntuniasla güləşəcək.

*** 19:01

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi Ermənistan təmsilçisi Tiqran Minasyan olub.

Qarşılaşmanın əvvəlindən ardıcıl fəndlər tətbiq edən Məmmədli sona 63 saniyə qalmış 9:0 hesablı tam üstünlüklə qələbəni təmin edib.

Sabah baş tutacaq final görüşündə onun rəqibi İrakli Dzimistraişvili (Gürcüstan) olacaq.

Qeyd edək ki, bu gün həmçinin beş çəkidə qalib və mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan təmsilçilərindən  Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) final görüşünə çıxacaq. Onların hər ikisi qızıl medal uğrunda Gürcüstan "klassik"i ilə qarşılaşacaq. Ziya Giorgi Şotadze ilə, Xasay Davit Soloqaşviliylə münasibətləri aydınlaşdıracaq.

130 kq-da yarışan Sərxan Məmmədov bürünc medal uğrunda həlledici qarşılaşmada Nikolaos Ntuniasla üz-üzə gələcək.

Təsəlliverici görüşdə türkiyəli Muhitdin Sarıçiçekdən üstün olan Laçın Vəliyev (87 kq) isə erməni Gevorq Tadevosyanla üçüncülük görüşünə çıxacaq.

Medal qarşılaşmaları 20:00-da başlayacaq.

Avropa çempionatına martın 13-də yekun vurulacaq.

*** 15:59

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə millimizin daha 2 üzvü mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə qazanmaq üçün erməni Tiqran Minasyana qalib gəlməlidir. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Adəm Hacızadə (72 kq) debütdə macar Atilla Toeşmaqiylə üz-üzə gəlib. Görüş gərgin mübarizə şəraitində keçib. Rəqib güləşçi ilk hissəni 7:0 hesabıyla öndə tamamlayıb. Həmyerlimiz ikinci hissədə bu xallardan 5-nin əvəzini çıxsa da, daha 2 xal qazanmağa vaxt çatmayıb - 5:7.

Qeyd edək ki, bu gün həmçinin beş çəkidə qalib və mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan təmsilçilərindən  Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) final görüşünə çıxacaq. Onların hər ikisi qızıl medal uğrunda Gürcüstan "klassik"i ilə qarşılaşacaq. Ziya Giorgi Şotadze ilə, Xasay Davit Soloqaşviliylə münasibətləri aydınlaşdıracaq.

130 kq-da yarışan Sərxan Məmmədov bürünc medal uğrunda həlledici qarşılaşmada Nikolaos Ntuniasla üz-üzə gələcək.

Təsəlliverici görüşdə türkiyəli Muhitdin Sarıçiçekdən üstün olan Laçın Vəliyev (87 kq) isə erməni Gevorq Tadevosyanla üçüncülük görüşünə çıxacaq.

Medal qarşılaşmaları 20:00-da başlayacaq.

Avropa çempionatına martın 13-də yekun vurulacaq.

***

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millimizin 2 üzvü mübarizəyə qoşulacaq.

60 kq çəki dərəcəsində yer alan Nihat Məmmədli 1/4 finalda macarıstanlı Kristian Keçkemeti ilə qurşaq tutacaq. Adəm Hacızadə (72 kq) isə 1/8 finalda Macarıstanın digər təmsilçisi Atilla Tamaş Toeşmaqini sınağa çəkəcək.

Bu gün həmçinin beş çəkidə qalib və mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan təmsilçilərindən  Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) final görüşünə çıxacaq. Onların hər ikisi qızıl medal uğrunda Gürcüstan "klassik"i ilə qarşılaşacaq. Ziya Giorgi Şotadze ilə, Xasay Davit Soloqaşviliylə münasibətləri aydınlaşdıracaq.

130 kq-da yarışan Sərxan Məmmədov bürünc medal uğrunda həlledici qarşılaşmada Nikolaos Ntuniasla üz-üzə gələcək.

Laçın Vəliyev (87 kq) isə türkiyəli Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə çıxacaq.

Tsəlliverici və təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da, yarımfinallar 18:45-də, medal qarşılaşmaları isə 20:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatına martın 13-də yekun vurulacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X