"Akjayık"la "Turan" arasında keçirilməli olan Qazaxıstan Premyer Liqasının 2-ci turunun oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, qarşılaşma qar və çovğun üzündən qeyri-müəyyən müddətə ertələnib.
Xatırladaq ki, "Turan"da Azərbaycan millisinin qapıçısı Emil Balayev çıxış edir. Bu komandanın məşqçilərindən biri isə yığmamızın sabiq hücumçusu Vaqif Cavadovdur.
Nihat