Türkiyənin I Liqasında 29-cu turun oyunları təxirə salınıb.
Fanat.Az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü"nün də bugünkü matçı ertələnib.
Ankara təmsilçisi turun açılış oyununda, bu gün Bakı vaxtı ilə saat 18:00-da "İstanbulspor"un qonağı olmalıydı. Qarşılaşmanın tarixi martın 18-i saat 17:00-a dəyişdirilib.
Qeyd edək ki, 34 xala malik "Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində mövqe tutub.
Mirağa