Azərbaycanın 3 karateçisi ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək Dünya Oyunlarında iştirak edəcək.
Azərbaycan Milli Karate Federasiyasının Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, Dünya Karate Federasiyası (WKF) qadınlardan ibarət kumite millisinin üzvü, ikiqat dünya və Avropa çempionu İrina Zaretska (68 kq) və iki kişi karateçimizin - Asiman Qurbanlı (kumite, 84+ kq) və Roman Heydərlinin (kata) yarışa qatılacağını təsdiqləyib.
Qeyd edək ki, Dünya Oyunları 7 - 17 iyulda baş tutacaq. Karate yarışları 8-9 iyulda keçiriləcək.