16:31 14.03.2022 903

Bu gələn “Neftçi”nin ayaq səsləri? - Tura baxış

Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları iki gün ərzində keçirilməsi nəzərdə tutulsa da, sonradan bu müddətin üzərinə bir gün də əlavə olundu...

Səbəbi Qəbələdə yağan güclü qar idi. İki gün ərzində meydana çıxan “Qəbələ” ilə “Zirə”nin qarşılaşmasında qapılara qol vurulmadı ki, bu da daha çox “Neftçi”nin işinə yaradı. Düzdür, paytaxt klubu “Zirə”nin qazandığı 1 xal sayəsində 3-cü pilləyə gerilədi. Amma indi “ağ-qaralar”ı 2-ci pillədən cəmi bir xal ayırır.

“Səbail” – “Keşlə” 0:3
Qollar:
P.Azadov, 17, R.Hacıyev, 21, T. Vəlizadə, 90+5

“Keşlə” bu ad altında son oyununa çıxmışdı. Artıq gələn turda Sənan Qurbanovun komandası Şamaxını təmsil etməyə başlayacaq, eyniadlı rayonun adıyla çıxış edəcək. İşləri qaydasında getməyən iki komandanın görüşündə qonaqlar qələbəyə sevindi. Bu isə o demək idi ki, qonaqlar “Keşlə” adıyla yaxşı əhval-ruhiyyə ilə ayrıldılar. 

“Səbail” hələ birinci hissədə rəqibi qarşısında “ağ bayraq” qaldırdı. 17-ci dəqiqədə qola sevinən “Keşlə” bundan 4 dəqiqə sonra daha bir dəfə fərqləndi. “Səbail”in hazırkı gücü isə bu qolların əvəzinə çıxmağa imkan vermir. Əvəzetmədən meydana çıxan gənc Turan Vəlizadə oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə fərqlənməklə hesabı darmadağın həddinə çatdırdı. 3 xalı 3 qolla qazanan “Keşlə” “Sumqayıt”la “Səbail”dən xeyli uzaqlaşmağı bacardı. 18 xallı “Keşlə” 6-cı pillədə özünü rahat hiss edə bilər. 11 xallı “Səbail” isə çoxdandır ki, turnir cədvəlinin sonuncusudur. 

“Sabah” – “Qarabağ” 0:1
Qol:
A.Zubir, 30

“Qarabağ” öz işindədi. “Köhlən atlar” bu dəfə Masazır səfərindən 3 xalla döndülər. Özü də el dili ilə desək, əli-ayağı təmiz şəkildə. Oyun sonrası mətbuat konfransında “Sabah”ın baş məşqçisi Murad Musayevin dediyi kimi, “Sabah”ın futbolçuları sanki “Qarabağ”ın ad-sanından çəkinir, bu rəqiblə oyunda özünü göstərə bilmirlər.

Zubirin qolundan sonra da “Qarabağ” bir neçə dəfə qol vurmağa yaxın idi. Amma həmin epizodlarda komandanın hücumçularında soyuqqanlılıq və yaxud da aqressivlik çatmırdı. Ümumilikdə isə “Qarabağ” 90 dəqiqə ərzində favorit adını doğrultdu və qələbəyə layiq olduğunu isbatladı. Təsadüfi deyil ki, bu görüşdə “Qarabağ”ın gürcü qapıçısı Luka Quqeşaşviliyə elə də çox iş düşmədi.

Mövsümə “bir addım geri, iki addım irəli” devizi ilə başlayan “Qarabağ” növbəti çempionluğa doğru inamla addımlamaqdadır. Ağdam təmsilçisi üçün Avropa məcarası da artıq başa çatıb. Deməli, bütün gücünü daxili çempionata yönəldən “köhlən atlar” üçün bundan sonrası daha da asan olacaq. Ehtiyatda bir oyunu olan Qurban Qurbanovun komandası ən yaxın izləyicisini 8 xal qabaqlayır. “Sabah” isə 23 xalla beşinci sıradadır. 

"Qəbələ" – "Zirə" 0:0

Yazının girişində qeyd etdiyimiz kimi, Qəbələdəki görüş iki gün davam etdi. PFL qarşılaşmanı bazar günü saat 16:00-a təyin etmişdi. Əliyar Ayağevin start fiti səslənəndə stadionun qazonu təmizlənmişdi, lakin tezliklə güclü yağan qar yaşıl meydanı öz ağuşuna aldı. İkinci hissənin gedişində isə nə meydanı görmək olurdu, nə onun üzərindəki xətləri. Fasilədə xətlərin üzərinə qırmızı rəng tökülməsi, zolaqlı topdan istifadə də işə yaramadı. Belədə, 65-ci dəqiqədə görüş dayandırıldı. Düzdür, “Zirə” tərəfi oynamaqda israrlı görünürdü. Ağayevin məşqçilərlə ilk məşvərəti zaman da Rəşad Sadıqovun oyunu davam etmək istəyi aydın hiss edilirdi. Amma davam etmək mümkün olmadı.

Məlum hava şəraitinə görə nə bazar günü keçirilən 65 dəqiqə ərzində, nə də ertəsi günkü qalan vaxtda elə də maraqlı hadisəyə şahidlik etmədik. Futbolçular çətinlik çəkir, rəqiblə yanaşı, qarla da mübarizə aparırdılar. Belədə iki gün davam edən görüşün qolsuz bərabərliklə başa çatması heç də təəccüblü olmadı.

Bu bərabərlik daha çox “Zirə”nin işinə yaradı. 1 xalı da qənimət bilən qonaqlar xallarını 35-ə çatdırdılar və 2-ci pilləni özlərinə qaytardılar. 33 xallı “Qəbələ” isə hələ də 4-cü pillədədir. Bu komandanın gələn turda “Neftçi” ilə qarşılaşması bir çox suallara aydınlıq gətirəcək.

“Neftçi” – “Sumqayıt” 2:1 
Qollar:
Emin Mahmudov, 18; 83-pen. - Rəhim Sadıxov, 24

“Neftçi”nin işləri isə qaydasındadır. Qışda etdiyi transferlərin faydasını görən “ağ-qaralar” qələbələri də sıralayır. Doğrudur, “Sumqayıt”la oyun “Neftçi” üçün o qədər də asan alınmadı. Son mövsümlərdə azarkeşlər də bu iki komandanın qarşılaşmalarının gərgin keçməsinə adət ediblər.

“Bakcell Arena”da baş tutan qarşılaşmanın artıq 18-ci dəqiqəsində Emin Mahmudov “Neftçi” azarkeşlərini ayağa qaldırdı. Amma onların bu sevinci cəmi 6 dəqiqə çəkdi. Rəhim Sadıxov 24-cü dəqiqədə “kimyaçılar”ın bərabərlik qolunu vurdu. Bu qol qonaq komandanın evə xalla dönmək ümidlərini də xeyli artırdı. Hiss etmək çətin deyildi ki, “Gənclik şəhəri”nin təmsilçisi hesabdan, oyunun gedişatından razıdır və vaxtın tez bitməsinə çalışır. Çətin məqamda səhnəyə yenə kapitan çıxdı. “Sumqayıt”ın qapıçısı Aydın Bayramovun cərimə meydançasında Tiaqo Bezerraya qarşı kobudluğu penaltiylə yekunlaşdı. “Ağ nöqtə”yə yaxınlaşan Mahmudovun zərbəsi dəqiq oldu.

2:1 hesablı qələbəyə sevinən “Neftçi” bir günlük 2-ci pilləyə yüksəldi. Amma “Zirə”nin Qəbələdə xalla dönməsi “ağ-qaralar”ı 3-cü sıraya “sürüşdürdü”. 13 xalı olan “Sumqayıt” isə 7-ci pillədə qərarlaşıb. Aleksey Baqanın dərdinə əlac edə bilmədiyi komandanın “qara zolaq”dan nə vaxt çıxacağı bilinmir.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

Facebookdan bizi izləməyi unutmayın.
X