23:26 29.03.2022 1057

AÇ: Sərbəst güləşçilərimizdən bir qızıl, üç gümüş medal

Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 97 kq-da çıxış edən idmançı finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə qarşılaşıb.

Rəqibinə 11:5 hesabı ilə qalib gələn Məhəmmədov Avropa çempionu olub.

Qeyd edək ki, bu gün final qarşılaşmasına çıxan Azərbaycanın digər 3 sərbəst güləşçisi - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medalla kifayətləniblər.

***

Azərbaycan sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda qarşılaşmada yunanıstanlı Georgios Kugiumtsidislə üz-üzə gəlib.

İlk hissədən sonra 0:5 hesabı ilə geri düşən Aşırov ikinci yarıda əzmkarlıq nümayiş etdirərək fərqi minimuma endirib. O, görüşün son saniyələrində daha bir fənd tətbiq etsə də, hakimlər əvvəlcə bunu qeydə almayıb. "Çelenc"ə baxıldıqdan sonra isə idmançıların hərəsinə 2 xal verilib.

Yekunda 6:7 hesabı ilə uduzan Aşırov fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də finalda uduzaraq gümüş medalla kifayətləniblər. Bu gün həmçinin Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl medal qarşılaşmasında qüvvəsini sınayacaq.

***

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, 65 kq-da çıxış edən 31 yaşlı idmançı finalda Macarıstan təmsilçisi İsmail Musukayevlə qarşılaşıb.

3 qat dünya və 3 qat Avropa çempionumuz görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Yekunda 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib. Bu gün, həmçinin Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasında qüvvəsini sınayacaq.

***

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançının rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olub.

Rəqibinə 6:8 hesabı ilə uduzan Rzazadə gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın yarışda ilk medalı olub.

Qeyd edək ki, bu gün həmçinin Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal görüşünə çıxacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X