
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının daha beş iştirakçısı bəlli olub.
Fanat.Az xəbər verir ki, Seneqal, Qana, Kamerun, Tunis və Mərakeş yığmaları mundiala vəsiqə qazanıb.
Seneqal Misiri, Qana Nigeriyanı, Kamerun Əlcəzairi, Mərakeş Konqonu, Tunis isə Malini mübarizədən kənarlaşdırıb.
DÇ-2022
Afrika zonası üzrə seçmə mərhələ, cavab oyunları
29 mart
Seneqal – Misir 1:0 (penaltilər 3:1)
İlk oyun 0:1
Əlcəzair – Kamerun 1:2
İlk oyun 1:0
Nigeriya – Qana 1:1
İlk oyun 0:0
Mərakeş – Konqo 4:1
İlk oyun 1:1
Tunis – Mali 0:0
İlk oyun 1:0