Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov komandasına Qətərdə keçiriləcək dünya çempionatında pley-off mərhələsinə qatılmadan oynamaq hüququnun verilməsini istəmir.
Fanat.Az xəbər verir ki, bu barədə "Football.24.ru" saytı məlumat yayıb.
“Oynamalıyıq! Qətərə bileti özümüz qazanmalıyıq. Mən yalnız öz yerimə danışıram. UAF-ın (Ukrayna Futbol Assosiasiyası) prezidenti, İcraiyyə Komitəsi də var. Amma şəxsən mən bunun əleyhinəyəm, oynamaq lazımdır”, - deyə Petrakov Ukrayna mətbuatına müsahibəsində bildirib.
Daha əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson və bir sıra digər yüksək vəzifəli şəxslər müvafiq təşəbbüslə çıxış etmişdilər.
Xatırladaq ki, pley-offun yarımfinalında Ukrayna yığması Şotlandiya millisi ilə qarşılaşmalıdır.
Emin