
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov FIDE Qran-Prisinin ümumi hesabında yeddinci yeri tutub.
Fanat.Az xəbər verir ki, ABŞ şahmatçısı Hikaru Nakamura üç mərhələnin yekununa əsasən, 23 xalla birinci olub. Onunla birlikdə yekun sıralamada 20 xalla ikinci yeri tutan Rixard Rapport (Macarıstan) da bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə əldə edib.
Qran-Prinin Berlində təşkil olunan sonuncu - üçüncü mərhələsində yarımfinala yüksələn Şəhriyar Məmədyarov bununla 20 min avro qazanıb.