Portuqaliyanın Matuzinyuş şəhərində Karate1 Premyer Liqa turniri start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə tatami üzərinə çıxan Azərbaycan təmsilçilərindən Fərid Ağayev (75 kq) finala vəsiqə qazanıb.
67 kq-dakı T.Ağalarzadə isə bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib.
Mükafatlar uğrunda həlledici görüşlər 24 apreldə keçiriləcək.
Yarışın ikinci günü daha 6 idmançımız mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir.