
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda Rameşbabu Praqnanandha ilə üz-üzə gəlib. Matçın ilk rapid partiyası 16 yaşlı hindistanlı qrossmeysterin üstünlüyü ilə bitib. Sonrakı görüşdə tərəflər "sülh"ə razılaşıbsa, üçüncü partiyada yenidən qələbə qazanan Praqnanandha yekun hesabı müəyyənləşdirib - 2,5:0,5.
Xatırladaq ki, Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə qalib gəlib - 2,5:1,5.
Qeyd edək ki, 8 qrossmeysterin qatıldığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Oslo Esports Cup"
II tur
Rameşbabu Praqnanandha (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 2,5;0,5 (1:0, 0,5:0,5, 1:0)