Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) paracüdoçuların yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın yalnız üç idmançısı öz çəki dərəcələrində ilk "üçlük"də yer alıb.
Tokio-2020 Yay Paralimpiya Oyunlarının çempionu Şəhanə Hacıyeva (48 kq) və sözügedən yarışın bürünc mükafatçısı Namiq Abaslı ikinci, digər qızıl medalçı Xanım Hüseynova (63 kq) isə üçüncüdür.
Digər Paralimpiya çempionlarımızın mövqeyinə gəldikdə, Sevda Vəliyeva (57 kq) və Hüseyn Rəhimli (81 kq) dördüncü, Vüqar Şirinli (60 kq) beşinci, Dürsədəf Kərimova (+70 kq) yeddincidir.
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə altıncı sırada yer alıb.