14:03 18.05.2022 838

Tanınmış menecer: "Neftçi" bütün mövqelərə oyunçu axtarır"

Azərbaycanda futbol mövsümünün başa çatmasına 9 gün qalıb. Kubokun qalibi və bürünc mükafatçının kimliyi bəlli olmasa da, ölkəmizi avrokuboklarda təmsil edəcək iştirakçıların adları iki gün öncə müəyyənləşib. 

Sözsüz ki, ilk növbədə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak edəcək klubların transfer fəaliyyəti diqqət mərkəzindədir. "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ"də boşluqlar varmı, sözügedən klublar əsasən hansı mövqeləri gücləndirməyə ehtiyac duyurmu?

Tanınmış menecer və keçmiş klub rəsmisi Vaqif Heydərli mövzu ilə bağlı Fanat.Az-a danışdı:

Qarabağ

"Qarabağ" adətən ilboyu axtarışda olur. Yəqin ki, artıq gözaltı etdikləri futbolçuları da çoxdan müəyyənləşdiriblər. Keyfiyyətli legioner tapsalar, transfer edəcəklər. Digər tərəfdən, komandanın heyəti genişdir. ÇL-ə hazırki heyətlə də başlaya bilərlər. Odur ki, tələsik transfer etməyə ehtiyac yoxdur. Patrik Andradenin müqaviləsinin müddəti başa çatıb. Onu saxlaya bilsələr, hesab edin ki, yeni transfer reallaşdırıblar. Patrik önəmli oyunçudur. Hesab edirəm ki, "Qarabağ" istənilən halda, onu razı salıb komandada saxlayacaq.

Neftçi 

Bakılılarla bağlı durum fərqlidir. Baş məşqçi məsələsi qeyri-müəyyəndir. Samir Abasovu göndərsələr, ilk transferləri baş məşqçi ilə bağlı olacaq. Heyətlə bağlı da dəyişikliklər gözlənilir. Bildiyimə görə, "Neftçi" bütün mövqelərə oyunçu axtarır. 

Zirə

"Zirə"də çox dəyişiklik olacağını güman etmirəm. Rəşad Sadıqov komandanı komplektləşdirib. İki-üç yeni oyunçu transfer etsələr, Konfrans Liqasında normal çıxış edə bilərlər.  

Qəbələ

"Qəbələ" imkanlarına görə normal heyət formalaşdıra bilib. Yəqin ki, heyəti qoruyub saxlayacaqlar. Fikrimcə, əlavə olaraq iki-üç oyunçu götürəcəklər. İlk növbədə hücumçu axtarırlar. Bundan başqa, bir mərkəz müdafiəçisinə də ehtiyacları var.     

Vaqif Heydərli Premyer Liqanın digər klublarının transfer fəaliyyəti ilə bağlı proqnozlarını da bildirdi: 

"Avrokuboka vəsiqə qazana bilməyən "Sabah" növbəti mövsüm üçün heyətini gücləndirəcək. Artıq fəaliyyətə başlayıblar. İlk növbədə hücumçu axtarışındadırlar. Bundan başqa, müdafiənin mərkəzinə də transfer etmək istəyirlər. Növbəti mövsüm ən çox dəyişikliyə məruz qalacaq klub "Səbail" olacaq. Büdcələri artırılıb. Gedən oyunçular olacaq. İndidən bütün mövqelərə oyunçu axtarırlar. "Sumqayıt" adəti üzrə ucuz və keyfiyyətli futbolçular istəyir. "Şamaxı"da da dəyişikliklər gözlənilir. Amma əsas yenilik "Kəpəz" və "Turan Tovuz"la bağlı olacaq. Premyer Liqaya qayıdan "Turan Tovuz"un xüsusi fəallıq göstərəcəyi gözləniləndir. Fikrimcə, Ayxan Abbasov əlaqələrindən istifadə edib yaxşı komanda yığacaq".

Mirağa   

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X