Futzal üzrə Azərbaycan millisinin keçmiş oyunçusu Serjao Kanadada çalışacaq.
Bu barədə Fanat.Az-a Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi Elnur Qəmbərov məlumat verib:
“Serjao artıq burdadır. Onu özümə köməkçi dəvət etmişəm. Düzdür, hələ keçidi rəsmən elan olunmayıb. Amma federasiya ilə danışmışam. Yaşadığım Toronto şəhərində futzal akademiyası açmaq niyyətindəyəm. Serjaonun həm millidə, həm də akademiyada köməkçilərimdən biri olmasını istəyirəm”.
Qeyd edək ki, 42 yaşlı Serjao 2008-2010-cu illərdə “Araz Naxçıvan” klubunda çıxış edib. O, Azərbaycan millisində 43 oyun keçirib və 12 qol vurub. Braziliyalı futzalçı 2010-cu ildə Azərbaycan millisinin heyətində Avropa çempionatında dördüncü yeri tutub.
Mirağa