Azərbaycan parakarateçiləri Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında 2 qızıl və 1 gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, Emiliya Mitilinova görmə məhdudiyyətlilər arasında, Eldar Əhmədov isə əlil arabası istifadəçiləri arasında Avropa çempionatının qızıl medalına sahib çıxıblar.
Görmə məhdudiyyətli idmançılar arasında mübarizə aparan digər idmançımız Nihat Məmmədzadə isə yarışın gümüş medalını əldə edib.