20:15 13.06.2022 748

AÇ: Azərbaycanın 4 yunan-Roma güləşçisi finalda

Azərbaycanın 4 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yer alan Elvin İbadov təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib - 8:0. İbadov 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb - 13:4. Elvin yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. İbadov həlledici görüşdə gürcü Vaxtanq Lolua ilə üz-üzə gələcək.

Fərahim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans tanımayıb - 9:1. Mustafayev gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. Fərahim final yolunda ukraynalı Maksim Çubenkoya da tam üstünlüklə qalib gələrək (9:0) finala vəsiqə qazanıb. Mustafayev həlledici görüşdə erməni Hayk Lyudviqyanı da məğlub etsə, titulunu qoruyacaq.  

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1. Qasımov rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğub edərək yarımfinala yüksəlib. Seymur macar Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparıb. Rəqibini "tuşe" ilə yolundan kənarlaşdıran Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşəcək.  

İsmayıl Rzayev (80 kq) ilk görüşdə xorvaç Dominik Qrqiçə 8:1 hesabıyla qalib gəlib. Serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıran (5:1) Rzayev yarımfinala adlayıb. İsmayıl finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub - 5:2. Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla mübarizə aparacaq.

Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb - 3:1. Mərdanov 1/4 finalda erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlib. Məzahim yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb - 0:8. Mərdanov sabah bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Yeqor Jekov (Moldova) - Dimitrios Tanos (Yunanıstan) görüşünün qalibi olacaq.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 14-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

***

 

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib - 8:0. İbadov 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb - 13:4. Elvin yarımfinalda macar Levente Fiqeylə qarşılaşacaq.

Fərahim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans tanımayıb - 9:1. Mustafayev gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. Fərahim final yolunda ukraynalı Maksim Çubenkoyla üz-üzə gələcək.

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1. Qasımov rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğub edərək yarımfinala yüksəlib. Seymur macar Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparacaq. 

İsmayıl Rzayev (80 kq) ilk görüşdə xorvaç Dominik Qrqiçə 8:1 hesabıyla qalib gəlib. Serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıran (5:1) Rzayev yarımfinala adlayıb. İmsayıl finalın bir addımlığında Nikolaos Qavril İqnateskuyla (Rumıniya) qüvvəsini sınayacaq.

Məzahim Mərdanov (110 kq) isə startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb - 3:1. Mərdanov 1/4 finalda isə erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlib. Məzahim yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə 19:00-da başlayacaq.

***

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Elvin İbadov (48 kq) təsnifat mərhələsində Alberto Marian Enaçesku (Rumıniya) ilə qarşılaşacaq.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariutla (Norveç) qarşılaşacaq.

Seymur Qasımov (65 kq) debütdə Xristiyan Borislavov İvanovla (Bolqarıstan) qüvvəsini sınayacaq.

İsmayıl Rzayev (80 kq) ilk görüşdə Dominik Qrqiklə (Xorvatiya) üz-üzə gələcək.

Məzahim Mərdanov (110 kq) isə startda Maksim Milçev Petrovu (Bolqarıstan) məğlub etməyə çalışacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X