19:35 14.06.2022 571

AÇ: Daha üç yunan-Roma güləşçimiz finalda

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən idmançılar mübarizəyə qoşulub. 

Yarışa 1/4 finaldan start verən Hüseyn Savadov (45 kq) gürcüstanlı Giorgi Koçalidzeyə 6:4 hesabıyla qalib gələrək Avropa çempionatının yarımfinalına yüksəlib. Ancaq Savadov finalın bir addımlığında macar Mozes Adam Laşloyla bacarmayıb - 1:5. Hüseyn iyunun 15-də bürünc medal görüşünə çıxacaq.

Vədat Qasımlı (51 kq) əvvəlcə çexiyalı Filip Bartoşikə 8:0 hesabıyla qalib gələrək qitə birinciliyinə inamlı başlayıb. Qasımlı 1/4 finalda erməni Aleks Marqaryanı "tuşe" ilə xalçadan məyus yola salıb. Vədat yarımfinalda almaniyalı Lukas Benzinqi də vaxtından əvvəl məğlub edib - 8:0. Həmyerlimiz iyunun 15-də finalda gürcüstanlı Anri Xozrevanidzeylə qarşılaşacaq. 

Məhəmməd Qasımzadə (60 kq) ilk görüşdə çətinliklə də olsa, erməni Qaspar Terteryanı üstələyib - 8:7. Qasımzadə 1/4 finalda heç bir çətinlik çəkmədən moldovalı Vladimir Paskaridən güclü olub - 9:0. Məhəmməd yarımfinalda finlandiyalı Oliver Aleksandr Pada üzərində tam üstünlüklə qələbə (9:0) qazanaraq adını finala yazdırıb. Güləşçimiz iyunun 15-də qızıl medal uğrunda gürcüstanlı Avtandil Mamaladzeylə mübarizə aparacaq.  

Davud Məmmədov (71 kq) startda italiyalı Mikael Gabriel Rindoneyə heç bir şans tanımayıb - 8:0. Məmmədov 1/4 finalda xorvat Mihael Lukaç üzərində də erkən qələbə qazanıb  - 9:0. Davud yarımfinalda bolqar Dimitar Stoyanov Raçevi 5:2 hesabıyla məğlub edib. Güləşçimiz finalda türkiyəli İbrahim Özdemirlə qarşılaşacaq. 

Digər güləşçimiz Mikayıl İsmayılov (92 kq) isə 1/8 finalda finlandiyalı Elias Konsta Liiskiyə sonuncu xal prinsipinə əsasən məğlub olub – 1:1.

***

Azərbaycanın daha dörd yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki,  45 kiloqram çəki dərəcəsində yer alan Hüseyn Savadov finala vəsiqə uğrunda Mozes Adam Laşlo ilə üz-üzə gələcək.

51 kq-dakı Vədat Qasımlı almaniyalı Lukas Benzing ilə qüvvəsini sınayacaq.

Məhəmməd Qasımzadə (60 kq) Oliver Aleksandr Pada (Finlandiya) ilə,  Davud Məmmədov (71 kq) Dimitar Stoyanov Raçev (Bolqarıstan) ilə münasibətləri aydınlaşdıracaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bu gün həmçinin 48, 55, 65, 80 və 110 kq-da medal görüşləri baş tutacaq. Azərbaycan təmsilçilərindən Elvin İbadov (48 kq), Fərahim Mustafayev (55 kq), Seymur Qasımov (65 kq) və İsmayıl Rzayev (80 kq) finalda, Məzaim Mərdanov (110 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Medal qarşılaşmaları saat 19:00-da start götürəcək.

***

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə yunan-Roma güləşi üzrə son beş çəkidə mübarizəyə start veriləcək.

Azərbaycan təmsilçilərindən Hüseyn Savadov (45 kq) yarışa 1/4 finaldan qoşulacaq. Onun ilk rəqibi ya Ömer Altas (Türkiyə), ya da Giorgi Koçalidze (Gürcüstan) olacaq.

Vədat Qasımlı (51 kq) ilk görüşdə Filip Bartoşiklə (Çexiya) üz-üzə gələcək.

Məhəmməd Qasımzadə (60 kq) da yarışa 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi Qaspar Terteryan (Ermənistan) - Dimitar Yuliyanov Georgiyev (Bolqarıstan) qarşılaşmasının qalibi olacaq.

İlk mərhələdən azad olan Davud Məmmədov (71 kq) 1/8 finalda Mikael Qabriel Rindone (İtaliya) - Rayner Plaser (Estoniya) görüşünün qalibiylə qarşılaşacaq.

Mikayıl İsmayılov (92 kq) isə 1/8 finalda Məhəmməd Əmin Husni (İspaniya) - Elias Konsta Liiski (Finlandiya) görüşünün qalibiylə münasibətləri aydınlaşdıracaq.

Təsnifat arşılaşmaları Bakı vaxtı ilə 12:30-da başlayacaq.

Bu gün həmçinin 48, 55, 65, 80 və 110 kq-da medal görüşləri baş tutacaq. Azərbaycan təmsilçilərindən Elvin İbadov (48 kq), Fərahim Mustafayev (55 kq), Seymur Qasımov (65 kq) və İsmayıl Rzayev (80 kq) finalda, Məzaim Mərdanov (110 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Medal qarşılaşmaları saat 19:00-da start götürəcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X