12:13 17.06.2022 462

Avropa çempionu: "Ermənilərlə dörd görüşün hamısında qalib gəldik"

Rumıniyanın paytaxtı Buxarestdə rekord nəticəylə Avropa çempionu olan yunan-Roma güləşi üzrə U-17 milli komandamız bu gecə Vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, 8 medalla 175 xal toplayaraq aşkar üstünlüklə titulunu qoruyan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük çoşğuyla qarşılanıb. Qarşılanma mərasimində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının nümayəndələri, jurnalistlər, yeniyetmə idmançılar və milli üzvlərinin yaxınları iştirak edib.

Komandanın böyük məşqçisi Taleh İsrafilov qələbəni belə şərh edib:

"İkinci dəfə Avropa çempionu olduq. Güləş ailəsi adından hamını təbrik edirəm. Bu qələbəni şəhidlərimizə həsr edirəm. 51, 65 və 71 kq-da da çempion ola bilərdik".

O, növbəti hədəfin dünya çempionatında yüksək nəticə qazanmaq olduğunu bildirib:

"Buraxdığımız səhvlər üzərində işləyib, onları aradan qaldırarıq. Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb, Avropa çempionu olduq. İnşallah, bu uşaqlardan gələcəkdə olimpiya çempionları görə biləcəksiniz. Növbəti hədəfimiz dünya çempionatıdır. Rəhbərliklə məsləhətləşdikdən sonra hazırlıq planı barədə ictimaiyyətə məlumat verəcəyik".

U-17 Avropa çempionatında 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fəraim Mustafayev (55 kq) milli üzvlərinin yarış ərzində erməni güləşçilərlə dörd dəfə qarşılaşdığını və hamısında qələbə qazandığını vurğulayıb:

"Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Bu da öz nəticəsini göstərdi. 8 medalla komanda hesabında 1-ci yeri tutduq. İnşallah, dünya çempionatında da bu nəticəni əldə edərik. Ermənilərlə keçirdiyimiz 4 görüşün hamısında qələbə qazandıq".     

Digər Avropa çempionu Məhəmməd Qasımzadə (60 kq) isə komandanın bütün üzvlərinin xalçada sonadək döyüşdüyünü deyib:

"Hamı yarışa çempion olmağa gedir. Uşaqlarımız yaxşı güləşdi. Hamısı döyüşdü, əziyyət çəkdi və bunun da nəticəsini gördülər. 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazandıq. Öz görüşlərimə gəlincə, əvvəlcə erməni rəqibimə 8:7 hesabıyla qalib gəldim. Daha sonra Moldova və Finlandiya güləşçilərini 9:0 hesabıyla məğlub etdim. Finalda isə Gürcüstan idmançısına 9:1 hesabıyla qalib gəlib Avropa çempionu oldum".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X