
"Zirə"nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında yoxlama matçı üçün rəqiblərindən biri bəlli olub.
Fanat.Az xəbər verir ki, paytaxt klubu Rumıniyanın I Liqa təmsilçisi “Hermanştadt”la qarşılaşacaq.
Məlumatı sözügedən klubun rəsmi saytı yayıb. Lakin görüşün vaxtı və yeri hələlik bəlli deyil.
Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda iyunun 24-dən iyulun 7-dək Boluda hazırlıq keçəcək. Bu müddətdə 2 sınaq matçı nəzərdə tutulub.