14:56 22.06.2022 498

"Həmişə təzyiq altında işləmişəm" - "Neftçi"nin yeni baş məşqçisi

“Neftçi” yeni baş məşqçisi Laurentsiu Regekampfı ictimaiyyətə təqdim edib.

Fanat.Az xəbər verir ki, tədbir “Bakcell Arena”nın konfrans zalında baş tutub.

Rumıniyalı mütəxəssis median nümayəndələrinin suallarını cavablandırıb. 47 yaşlı mütəxəssis əvvəlcə paytaxt təmsilçisinin sükanı arxasına keçməsini dəyərləndirib: “Bu gündən yeni komandada işə başlayırıq. Konfrans Liqasında uğurlu çıxış etməyə və Premyer Liqada titul qazanmağa çalışacağıq. Bilirik ki, çətin olacaq. Amma həyatda asan heç nə yoxdur”.

- Avrokubok matçına bir aydan az vaxt qalıb. Bu qısa müddət sizə kifayət edəcək?
- Əlbəttə ki, vaxt azdır. Üstəlik, milli komandanın üzvləri də hələ bir neçə gündən sonra bizə qoşulacaqlar. İyulun 1-dən təlim-məşq toplanışına başlayacağıq. Bütün oyunçularımız o vaxt bir araya gələcək. Bura vaxtdan şikayətlənmək üçün gəlməmişəm. Vaxtla bağlı həmişə şikayətlər olub. Çünki zaman sürətlə keçir. Əminəm ki, Konfrans Liqasındakı ilk oyuna qədər tam hazır olacağıq. Bu gündən istədiyimiz komandanı qurmağa başlayırıq. Biz tərəfdən bu haqda məlumatlar alacaqsınız.

- Köməkçiləriniz müəyyənləşib? Onların arasında yerli mütəxəssis olacaqmı?
- Bütün köməkçilərimi özümlə Bakıya gətirmişəm və hazırda buradadırlar. Qərar versək ki, məşqçi heyətimdə yerli mütəxəssis işləməlidir, bu mövzuda heç bir problem yoxdur. Əvəzedici heyətin baş məşqçisi ilə yaxından əməkdaşlıq edəcəyəm. Çünki klubdakı hər bir gənc oyunçu haqda məlumat toplamalıyam. 

- "Neftçi"nin azarkeşləri çox tələbkardır. Bu təzyiq altında işləmək çətin olmayacaq?
- Bu, mənim üçün problem deyil. Çünki bütün komandalarda təzyiq altında işləmişəm. Onları başa düşürəm, yeni gələn məşqçinin komandaya uğur qazandırmasını istəyirlər. Təzyiqi özümə motivasiya sayıram və bundan oyunçularımı ayıltmaq üçün istifadə edəcəyəm. Azarkeşlər daim yanımızda olsunlar, bizi dəstəkləsinlər və təzyiq etsinlər. "Neftçi" ölkənin ən tanınmış klubudur.

- Rumıniya mətbuatında yayılan məlumata görə, aylıq məvacibiniz 40 min avro olacaq. Eyni zamanda transferlər üçün istədiyiniz qədər büdcə ayrılacaq?
- Müqavilə klubla aramızda olan mövzudur və bu haqda heç yerdə danışmıram. Maliyyə mövzusu hamını maraqlandırır. Amma bu məqalə həqiqəti əks etdirmir. 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X