
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Aris” (Kipr) heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Limasson təmsilçisi Yulius Sökeni transfer edib. 27 yaşlı slovakiyalı yarımmüdafiəçinin müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Aris” daha öncə İspaniyanın “Marbelya” klubundan hücumçu Karlos Espositonu da heyətinə qatıb.
Xatırladaq ki, “Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını iyulun 28-də Bakıda keçirəcək.