09:54 25.06.2022 342

ARPAÇAY Klubunun təşkilatçılığı ilə Karate üzrə yarış başa çatıb

Yavər Hüseynov: “Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatında Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 700-ə yaxın idmançı iştirak edib”

Gənclər və İdman Nazirliyinin və Milli Karate Federasiyasının dəstəyi, Arpaçay Karate Klubunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatı start götürüb. Paytaxtın ən böyük arenalarından biri olan Bakı İdman Sarayında (Baku Sports Hall) baş tutan turnirdə, əsasən, karate idman növü ilə yeni məşğul olmağa başlayan idmançılar böyük arenada öz güclərini sınayıblar.

Çempionatın açılış mərasimində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Bakı İdman Sarayının direktoru Əli Əsgərov, federasiyanın beynəlxalq dərəcəli hakimləri, məşqçiləri və idman ictimaiyyətinin digər nüfuzlu nüayəndələri iştirak ediblər. Mərasimdə bu günlərdə Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən Avropa Karate Federasiyasının (EKF) Karate üzrə 49-cu Avropa Çempionatında uğurla çıxış edən 5 idmançımız və onları hazırlayan Milli Karate Federasiyasının yeniyetmə və gənclərdən ibarət seçmə komandasının məşqçilərinə mükafatlar təqdim edilib, bədii hissədə rəqs kollektivlərinin və idmançıların maraqlı çıxışları olub.

Turnirin yekunu haqqında fikirlərini bölüşən Arpaçay Karate Klubunun prezidenti, Bakı İdman Sarayının İdman Şöbəsinin müdiri, Əməkdar məşqçi Yavər Hüseynov bildirib ki, yarışın keçirilməsində əsas məqsəd 5-13 yaş arasında olan və əsasən də, karate ilə yeni məşğul olmağa başlayan idmançıların böyük arenada özlərini göstərməsi üçün fürsət vermək olub: “Yarışa maraq gözlədiyimizdən də yüksək olub, turnirdə Bakı, Gəncə, Xaçmaz, Qazax, Naxçıvan, Sumqayıt, Şəki və respublikanın digər bölgələrini təmsil edən karate üzrə federasiya, klub və komandalarının 700-ə yaxın idmançısı iştirak edib. Yarış Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatı olsa belə, həm iştirak edən klubların, həm də yarışı idarə edən hakim komandasının tərkibi baxımından peşəkarlığı ilə seçilən və yüksəksəviyyəli turnir olub”.

Y.Hüseynov onu da bildirib ki, Arpaçay Karate Klubunun müntəzəm olaraq beynəlxalq və ölkədaxili yarışların təşkilində və keçirilməsində əsas məqsədi Azərbaycanda uşaq, yeniyetmə və gənclərdə idmana marağın artırılması, karate idman növünün təbliği və kütləviliyin təmin edilməsidir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X