17:40 20.07.2022 359

\"İsrailə səfərim səmərəli keçdi\" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bakıda İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu sözləri deyib: 

“Püşk bizə “Makkabi”ni qismətimizə gətirdi. Uzun zamandır hazırlaşırıq. Hazırlığımız sırf Konfrans Liqasına yox, eyni zamanda çempionat üçün qurulub. Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, nəticəyə pozitiv köklənmişik”.

- “Makkabi”nin bu yaxınlarda matçını izləməyə getmişdiniz. Təəssüratlarınız maraqlıdır.
- Onların oyununu canlı izləmək istədim. Toplanışdan çox məlumat toplamaq olmur. Rəqibin baş məşqçisi də dəyişmişdi. Öyrəndikdə ki, komandanın kubok oyunu var, canlı görmək istədim. Bu səfər çox səmərəli keçdi. Heyətlərində zədəli oyunçular var, yeni transferlər ediblər. Bu səfərin nə qədər yararlı olub-olmadığını zaman göstərəcək.

- Rəhim Sadıxov sizin sisteminizdə hansı mövqedə faydalı ola bilər?
- Futbolçunun 2-3 mövqedə oynamağı bacarması hər məşqçinin arzusudur. Rəhim də universaldır, hər bir taktiki sxemə uyğundur.

- Rüstəm Əhmədzadənin hazırkı durumu necədir?
- Rüstəm gənc, perspektivli futbolçudur. “Qarabağ”da hücum xəttində rəqabət böyükdür. Rüstəm “Qarabağ”a keçməzdən əvvəl də onu transfer etmək istəmişdim. Həmin vaxt menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynaya bilər. Rüstəm də universal futbolçudur. Mövsümboyu ondan müxtəlif mövqelərdə, daha çox hücumçu kimi yararlanacağıq.

- Çox transfer etməməyiniz komandanın sütununu qorumaq üçün idi, yoxsa çatdıra bilmədiniz?
- Transferlər avrokuboklarla bağlı deyil. Bir mövsümlük plan cızmışıq. 4-5 transfer etmək istəyirik. Mənim üçün vacib olan əlimizdəki oyunçuların performansıdır. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Bir az da uğurlu olub, kuboku qazana və çempionatda medalın əyarı fərqli ola bilərdi. Hazırda transfer danışıqları istədiyimiz kimi getmir. Transferlərin olmaması “Makkabi” ilə oyunlarda hiss olunmaz.

- Slavik Alxasovun transferi ehtiyat qüvvə düşüncəsi ilə edildi?
- Slaviki hələ “Sabah”a keçməzdən əvvəl də istəmişdim. Bu il artıq 4 cinah müdafiəçimiz var. Kimsə cəzalı və ya zədəli olduqda digərləri onu rahatlıqla əvəz edə biləcək. Çünki ötən mövsüm bəzən Qismət Alıyevi sol cinahda oynadırdıq.

- Rüstəm Əhmədzadənin potensialını “Qarabağ”da açmağa nə mane oldu?
- Futbolda hər an problem yaşaya bilərsən. Rüstəmlə söhbətimizdə də pozitiv reaksiya gördüm. Əminəm ki, inadkarlığı və istəyi ilə problem yaşamayacaq, gələcəkdə “Qarabağ”ın aparıcı oyunçusuna çevriləcək.

- Mərhələ keçsəniz, çempionatda hansısa oyunun təxirə salınması üçün PFL-ə müraciət etmək fikriniz var?
- “Qarabağ” qruplara düşdükdə belə, təxirəsalmanı minimuma endirib. Bu gün heyətimiz kasaddır. Amma bu, son məsələdir. Bu gün diqqətimiz “Makkabi” ilə oyunlaradır.

- Nominal hücumçunuzun olmaması sizə problem yaratmayacaq?
- Rüstəm, Keyta hücumda oynaya bilir. Hətta Rəhim də yalançı hücumçu mövqeyində oynaya bilər. Hücum xətti ilə bağlı problemimiz yoxdur. Paxtmann və Təmkin hazır olsaydı, heyətin kasadlığndan narahat olmazdım. Həmçinin Mirsayib Abbasov da hücumun hər iki cinahında oynaya bilir. Mən universal oyunçuları xoşlayıram. Çünki belədə bəzən gözlənilməz addım ata bilirsən.

Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq. (Apasport.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X