
Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Xavi Kampos, insayder: "Barselona"nın prezidenti Joan Laporta 35 yaşlı Lionel Messini Kataloniya təmsilçisinə qaytarmaq üçün bütün gücünü səfərbər edib. Laporta argentinalı ulduzun 2023-cü ilin yayında yenidən "Barsa"ya dönəcəyinə əmindir".
Fabritsio Romano, insayder: "İnter"in hücumçusu Aleksis Sançes "Olimpik Marsel"lə razılığa gəlib. Onun keçidi yaxın günlərdə elan olunacaq".
Canluka Di Martsio, insayder: "Laypstsiq"in futbolçusu Anxelinyo "Hoffenhaym"a icarəyə veriləcək. Futbolçu sabah tibbi müayinədən keçəcək".
Nikolo Skira, insayder: "Vest Hem"in yarımmüdafiəçisi Nikola Vlaşiç icarə əsasında "Torino"ya keçməyə yaxındır. Bu gün Turin təmsilçisinin nümayəndələri 24 yaşlı xorvatın agenti ilə görüşəcəklər".
"Matç TV": "Sebiyanın "Voyvodina" klubu yarımmüdafiəçisi Velko Şimiçi Rusiya Premyer Liqasında mübarizə aparan klublara satmaqdan imtina edib".
"The Guardian": "Çelsi"nin vingeri Kallum Hadson-Odoini iki İPL təmsilçisi istəyir. Bunlar "Lester Siti" və "Sauthempton"dur. Futbolçu özü "Çelsi"dən ayrılmaq, daha çox forma şansı qazanacağı klubda oynamaq istəyir".
Baş tutmuş transfer:
Anqola millisinin və "Vulverhempton"un 28 yaşlı futbolçusu Elder Kosta "Əl İttihad"a keçib. O, mövsümün sonuna qədər icarə əsasında Səudiyyə Ərəbistanı təmsilçisinin formasını geyinəcək.
Nihat