Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ikinci tur maçtında Türkiyəni 21:12 hesabı ilə üstələyib.
Qeyd edək ki, komanda qrupdakı ilk görüşündə Qabon seçməsini 18:15 hesabı ilə yenib. Millimiz növbəti oyunlarını avqustun 15-də Mərakeş və Qabona qarşı keçirəcək