Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, yığma 1/4 finalda İordaniya seçməsi ilə qarşılaşıb. Əlavə vaxta gedən görüşdə 20:18 hesabı ilə qalib gələn Azərbaycan komandası adını növbəti mərhələyə yazdırıb.
Millinin finalın bir addımlığında əqibi İran kollektivi olacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 komandası yarımfinalda Özbəkistanla qarşılaşacaq.