Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, milli finalda Mali seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib.
***
Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, yığma yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Görüşə sürətli başlayan Azərbaycan basketbolçuları yekunda 16:6 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, milli komanda finalda Mali yığması ilə üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21:10-da başlayacaq.