Azərbaycanın daha bir karateçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, kişilərin +84 kq çəki dərəcəsində mübarizə aparan Asiman Qurbanlı adını həlledici mərhələyə yazdırmaqla ən azı gümüş medalı təmin edib.
Beləliklə, bu gün tatamiyə çıxan karateçilərimizdən üçü finalda mübarizə aparacaq. Daha əvvəl Pənah Abdullayev (84 kq) və İrina Zaretska (68 kq) qızıl medal döyüşünə vəsiqə qazanıb.
***
Azərbaycan karateçiləri İrina Zaretska və Pənah Abdullayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.
Fanat.Az xəbər verir ki, qadınların 68 kq çəki dərəcəsində yer alan Zaretska və kişilərin 84 kq çəkisində çıxış edən Abdullayev həlledici görüşə vəsiqə qazanmaqla ən azı gümüş medalı təmin ediblər.
Qeyd edək ki, İrina Zaretska 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, həmçinin ikiqat dünya, Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.