Azərbaycanın qadın karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində yer alan idmançı final görüşünü də qələbə ilə başa vuraraq karyerasında ikinci dəfə İslamiadanın qalibi olub.
26 yaşlı ikiqat dünya və Avropa çempionu daha əvvəl Bakıda təşkil olunan analoji yarışın baş mükafatına sahib çıxıb.
Finaldakı digər təmsilçilərimiz Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) isə məğlub olaraq gümüş medalla kifayətləniblər.
Bununla da karateçilər yarışı 6 mükafatla başa vurublar. Daha əvvəl Mədinə Sadıqova (55 kq), Roman Heydərov (kata) və Tural Ağalarzadə (67 kq) bürünc medala sahib çıxıblar.