3x3 basketbol üzrə Avropa çempionatının təşkilatçıları iştirakçı komandaların hərəsindən bir oyunçunun yer aldığı poster dərc edib.
Fanat.Az xəbər verir ki, posterdə Azərbaycan yığmasından Endər Poladxanlının fotosu yer alıb.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 9-da Avstriyanın Qrats şəhərində start götürəcək. Azərbaycan millisi qrup mərhələsində Belçika və Hollandiya komandaları ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 9-da keçiriləcək.