Azərbaycan karateçiləri Bakıda keçirilən Premyer Liqa turnirindən sonra reytinqlərini yaxşılaşdırıb.
Fanat.Az xəbər verir ki, turnirin qalibi Asiman Qurbanlı (+84 kq) üçüncü pilləyə yüksəlib.
Digər qızıl medalçı İrina Zaretska (68 kq) isə liderliyini qoruyub.
Karyerasında ilk dəfə Premyer Liqa yarışının qalibi olan Əminağa Quliyev (60 kq) "10-luğ"un astanasında qərarlaşıb. İdmançımız hazırda 11-ci yerdədir.