Türkiyənin “Hatayspor” klubu yeni hücumçu transfer etdiyini açıqlayıb.
Fanat.Az sözügedən klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi kabo-verdeli Ze Luişi heyətinə qatıb.
31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Ze Luişin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubu olub. O, bu ilin əvvəlindən sözügedən komandada forma geyinirdi. Hücumçu daha öncə “Jil Visente”, “Braqa”, “Videoton”, “Spartak” (Moskva), “Portu” və “Lokomotiv” (Moskva) klublarının şərəfini qoruyub.
Kabo-Verde yığmasında 19 qarşılaşmada iş başında olan futbolçu 3 qol vurub.
Xatırladaq ki, son günlərdə Ze Luişlə “Qarabağ”ın da maraqlandığı ilə bağlı xəbərlər yayılmışdı.