12:46 09.09.2022 245

Ukrayna və Afrika ölkələrinin xərcini Azərbaycan qarşılayacaq

Bakıda təşkil ediləcək paralimpiyaçı cüdoçular arasında dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, yarışın Təşkilat komitəsinin sədri Kamal Məmmədov, vitse-prezident İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva və Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov iştirak edib. 

Tədbir mundiala həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.

Daha sonra MPK prezidenti İlqar Rəhimov qarşıdan gələn yarışla bağlı geniş məlumat verib. O, Azərbaycanda ilk dəfə baş tutacaq dünya çempionatına 45 ölkədən 250 idmançının qatılacağını bildirib.

Rəhimov qeyd edib ki, Paris-2024 Yay Paralimpiya Oyunlarına ən çox lisenziya xalları qazandırdığından, yarışa maraq çox böyükdür:

"İdmançılar 18 dəst medal uğrunda mübarizə aparacaqlar. Onlardan hərəyə 8 dəsti kişi və qadınlar, 2 dəsti isə komanda yarışlarında sahiblərini tapacaq. Komanda üzvlərimiz çempionata fiziki və psixoloji cəhətdən hazırdırlar. Onların hazırlıq səviyyələrinin artırılması məqsədilə yarışda iştirak edəcək idmançıların yerli təlim-məşq toplanışlarında çalışmaları davam etdiriləcək".

Mətbuat konfransında dünya çempionatının loqosu, qalib idmançılar üçün nəzərdə tutulan medal və maskotların təqdimatı da baş tutub.

MPK prezidenti bildirib ki, Afrika ölkələrində paralimpiya cüdosuna marağın daha da artırılması məqsədilə bir neçə ölkə Bakıdakı mundiala dəvət olunub. Dəvətli komandalar və digər paralimpiya komitələri ilə imzalanmış memoranduma əsasən, bir neçə ölkənin, eyni zamanda Ukrayna milli komandasının xərclərini Azərbaycan Milli Paralimpiya Komitəsi qarşılayacaq.

Bundan başqa, çempionatdan əvvəl beynəlxalq hakimlərin iştirakı ilə göz tibbi təsnifatı, yarışdan sonra isə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
19:01

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

Facebookdan bizi izləməyi unutmayın.
X