Avstriyanın Qrats şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət komandası yekunda sonuncu - 12-ci yeri tutub.
Yarışın qalibi Serbiya millisi olub.
Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət Azərbaycan yığmasının qrupdakı rəqiblərindən olan Niderland seçməsi üçüncü yeri tutub.
Qeyd edək ki, millimiz qrupda Belçikaya 13:14, Niderlanda 6:22 hesabı ilə uduzub.