19:30 17.09.2022 1154

DÇ: Hacı Əliyev yarımfinalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu finalın bir addımlığında Rəhman Amuzadxəlili (İran) ilə qarşılaşıb. Görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Əliyev sabah bürünc medal uğrunda güləşəcək.

Bu gün 92 kq çəkidəki Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Onun rəqibi Radoslav Martsinkeviç (Polşa) olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

*** 15:03

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu 1/8 finalda Aqustin Destribatsa (Argentina) 6:1, 1/4 finalda isə Abbos Rahmonova (Özbəkistan) 10:3 hesabıyla qalib gəlib. O, finalın bir addımlığında Rəhman Amuzadxəlili (İran) ilə qarşılaşacaq.

97 kiloqramda yer alan Maqomedxan Maqomedov Erik Tilyeni (Almaniya) məğlub edərək 1/4 finala vəsiqə qazanıb. 

61 kq çəkidəki İslam Bazarqanov 1/8 finalda Reza Ahmadali Atreqanarçiyə (İran) uduzub. 

Bu gün həmçinin 92 kq çəkidəki Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Radoslav Martsinkeviç (Polşa) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

***

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün sərbəst güləş üzrə son üç çəkidə mübarizəyə start veriləcək.

Azərbaycan təmsilçilərindən İslam Bazarqanov (61 kq) 1/8 finalda Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Üçqat dünya və üçqat Avropa çempionu, Yay Olimpiya Oyunlarının gümüş və bürünc medalçısı Hacı Əliyev (65 kq) də yarışa 1/8 finaldan qoşulacaq. 31 yaşlı pəhləvan bu mərhələdə 
Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) cütünün qalibini sınağa çəkəcək.

Nəhayət, 97 kiloqram çəki dərəcəsindəki Avropa çempionu Maqomedxan Maqomedov eyni mərhələdə Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi ilə münasibətləri aydınlaşdıracaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Bu gün həmçinin Osman Nurmaqomedov (92 kq) bürünc medal görüşünə çıxacaq. Dünya və Avropa çempionatlarının mükafatçısı üçüncü yer uğrunda Yuxianq Bi (Çin) və Radoslav Martsinkeviç (Polşa) arasındakı təsəlliverici görüşün qalibi ilə qarşılaşacaq. 

Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, sərbəst güləş millimizin aktivində hələlik medal yoxdur. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub. Qadın güləşçilərimiz isə medal qazana bilməyib.

Dünya çempionatına sentyabrın 18-də yekun vurulacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

Facebookdan bizi izləməyi unutmayın.
X