Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb
Fanat.Az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu üçüncü yer uğrunda qarşılaşmada Macarıstan təmsilçisi İsmail Musukayevlə üz-üzə gəlib. Görüş rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Əliyev beşinci yerlə kifayətlənməli olub.
Bu gün həmçinin 97 kq çəkidə yer alan Maqomedxan Maqomedov bürünc medal görüşündə iranlı Məhəmmədhüseyn Məhəmmədianla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.