Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri matçı - UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 66 yaşlı italiyalı belə danışıb:
"Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dəyişikliklərdən sonra istədiyimizi həyata keçirdik.
Hamımız 2-ci yer haqqında düşündürdük.Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz 1-ci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq".