18:08 30.09.2022 992

"Cənubi azərbaycanlılardan və türklərdən minlərlə mesaj almışam" - Taleh Məmmədov

Azərbaycan yunan-Roma güləşi millisinin üzvü, dünya və Avropa çempionatlarının mükafatçısı Taleh Məmmədovun Fanat.Az-a müsahibəsi

- Taleh, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında karyeranızda ilk dəfə mundialın mükafatını qazandınız. Halbuki ondan bir neçə gün öncə Türkiyədəki İslamiadada uğursuzluqla üzləşib medalsız qalmışdınız. Həmin uğursuzluğu və qısa müddət sonra qat-qat daha çətin hesab olunan yarışda nəticə qazanmağınızı nə ilə bağlayırsınız?

- İslam Oyunlarından öncə məlum idi ki, dünya çempionatı ilə zaman fərqi az olduğuna görə ora güclü idmançılar gəlməyəcək. Mənim özüm də diqqətimi əsasən dünya çempionatına yönəltmişdim. Daha vacib olan dünya medalıydı. Fikirləşdim ki, onsuz da İslamiadada məni udacaq rəqib yoxdur. Dünya çempionatı ilə bağlı məşq proqramının hamısını etmişdim. Özümə demək olar, istirahət vermədim. Belədə bərpa oluna bilmədim. Loru dildə desəm, yarış vaxtı gücüm özümə qayıtmadı. 

Biz ilboyu əziyyət çəkirik ki, mühüm yarışlarda sözümüzü deyək. Hamımızın da bir nömrəli məqsədi fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdır. Bu olmasa belə, ən azından medalçılar sırasına düşəndə düşünürük ki, heç olmasa əziyyətimiz yerdə qalmadı. Əks halda, adama çox pis təsir. Sanki heç nə uğrunda əziyyət çəkmisən. Odur ki, dünya çempionatındakı bürünc medalı böyük uğur kimi qiymətləndirirəm.

- Dünya çempionatında yerli idmançıya uduzdunuz. Həmin güləşçi - Sebastyan Nad sonradan dünya çempionu oldu. Lakin o və çempion olan digər Serbiya təmsilçiləri barədə istər yığmanın məşqçisi Həsən Əliyev, istərsə də komanda yoldaşlarınız belə bir iddia irəli sürdü ki, onların yarış vaxtı çəkiləri çox olub. Xüsusən sizin rəqibinizin əvvəllər - hətta gənclər arasında yarışlarda da yuxarı çəkilərdə güləşdiyini qeyd edərək birdən-birə 63 kiloda güləşməsinin ağlasığmaz olduğunu bildiriblər. Odur ki, birbaşa sizin bu məsələyə münasibətinizi öyrənək.

- Çəkiölçmə prosesi həqiqətən çox müəmmalıydı. Çəki vaxtı bütün serb idmançılar tərəziyə ən axırda yaxınlaşırdı. Üstəlik, hamımızın çəkisi eyni kilonu göstərirdi. Necə ola bilər ki, bütün idmançılar 62 kiloqram 850 qram olsun? Mənimlə qarşılaşan idmançını isə bütün dünya gördü ki, o, 63 kiloda idmançıya qətiyyən bənzəmirdi. Deyək ki, o, həqiqətən 8-9 kilo çəki salmışdı, amma bu, xalçada qətiyyən hiss olunmurdu. Mən yaşlıyam, üç-dörd kilo çəki salmaq pis təsir edir. Axı bizim 19 yaşlı Həsrət Cəfərov da 4-5 kilo salanda çətinlik çəkir. Həsrət də mənim kimi yarımfinalda serbə uduzdu. Daha doğrusu, uduzduruldu. Hakimlər heç nədən rəqibə xallar verdilər. Həsrətin də çəkisində tərəzi vaxtı hamıda eyni rəqəm göstərib.

- Medaldan daha çox, həmin mükafatı erməni üzərində möhtəşəm qələbə ilə əldə etməyiniz diqqət çəkdi. Konkret, görüş vaxtı işlətdiyiniz fənd mundialdan artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq hələ də danışılır, sosial şəbəkələrdə paylaşılır. Bir də həmin anları yada salaq

- Mən bunadək ermənilərlə 14 dəfə qarşılaşıb, hamısında qalib gəlmişəm. Builki Avropa çempionatından sonra sizə müsahibəmdə də demişdim ki, mən onlara uduzmağı heç cür həzm edə bilmərəm. Deyirlər, idman siyasətdən ayrıdır. Amma mən elə düşünmürəm. Elə düşünsək, gərək erməni idmançıyla görüşlərə də digərləri kimi yanaşaq. Lakin belə olmur axı. İstər-istəməz məsuliyyət ikiqat ağır olur. Açığın deyim ki, bu dəfə əvvəlkilərdən daha həyəcanlıydım. Uduzsam, bilmirəm xalçada nə baş verərdi. 

Konkret, həmin atma fəndinə gəldikdə, ona qədər üstün olsam da, çalışdım ki, fərqi böyüdüm. Nə də olsa, rəqib 23 yaşlıların Avropa çempionudur, zəif idmançı deyil, gəlib çata bilərdi. Mən onun fərqli variantından yarışlarda bir neçə dəfə istifadə etmişəm. Bu dəfə qaldıranda Həsən Əliyev dedi ki, daha yüksəyə - çiynimə götürüm. Mən fikrimdə dörd xal tutmuşdum, fənd elə alındı ki, hakim beş xalla qiymətləndirəsi oldu. 

- O fənd nəinki həmvətənlərimizin, bütün türk dünyasının böyük marağına səbəb oldu.

- İnanın ki, hələ də mənə gələn mesajların ardı-arası kəsilmir. Türkiyəli qardaşlarımızdan və cənubi azərbaycanlı soydaşlarımızdan minlərlə mesaj almışam. Onların hər birinə bir daha dərin minnətdarlığımı bildirirəm.

- Dünya çempionatının medalı karyeranızı major notda bitirmək üçün kifayətdir, yoxsa hələ qarşıda daha böyük məqsədlər var?

- Qarşıma məqsəd qoymuşam ki, 2024-cü ilə kimi davam edəcəyəm. Çalışacağam, yeni, qismət olsa, daha böyük uğurlar qazanım.

2024 və daha böyük uğur dedikdə, ağıla Paris Olimpiadası gəlir. Fransa paytaxtındakı zirvə yarışı ilə bağlı konkret hədəf varmı?

- Olimpiada ilə bağlı indidən konkret danışmaq istəmirəm. Buna 8-9 ay qalmış daha rahat cavab vermək olar. Çünki mən yalnız o vaxt əmin ola bilərəm ki, olimpiya çəkisində güləşməyim alınacaq, ya yox. 

- Yəqin ki, Olimpiada üçün 60 kiloqramı seçəcəksiniz.

- Bəli. Çünki mənim bu yaşdan sonra yuxarı çəki üçün güc yığıb güləşməyim alınmaz. Mən indi ən yaxşı halda gücümü qoruya və təcrübəmdən yararlana bilərəm.

- 55 kiloqramda ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli də 60 kiloqrama keçib Olimpiadaya qatılmaq arzusunda olduğunu bildirib. Üstəlik, həmin çəkidə Murad Məmmədov artıq neçə illərdir millinin dəyişməz üzvüdür, dünya və Avropa medalçısıdır. Olimpiada ilə bağlı qərar versəniz, sizi onlarla maraqlı və gərgin rəqabət gözləyəcək.

- Fakt budur ki, hazırda Murad bizdə 60 kiloda bir nömrədir. Onunla rəqabət aparıb daha yaxşı nəticə göstərmək həm mənim, həm də Eldəniz üçün asan olmayacaq. 

- Qarşıda Dünya Kuboku var. Noyabrda Bakıda keçiriləcək bu yarışda yığmadan nə gözləyək?

- Dünya çempionatından qayıtdıqdan sonra cəmi bir həftə dincəldik. Artıq neçə gündür ki, yarışın hazırlıqlarına başlamışıq.  Məqsəd, amal budur ki, kuboku Bakıda saxlayaq, tarixdə ikinci dəfə dünyanın ən güclü yığması olaq. İlk titulu 2015-ci ildə  İranda qazanmışdıq, çempionluğa doğma divarlar arasında nail olmaq ikiqat qürurverici olar.

- Dünya Kubokuna Serbiya yığması da qatılacaq. Doğma divarlar arasındakı yarış revanş almaq üçün yaxşı imkandır.

- Dörd dünya çempionu olan komanda Bakıda da gücünü təsdiqləməlidir. Amma həmin idmançıların hamısı gəlsə belə, inanmıram ki, ən azı bizimlə mübarizədə nəsə edə bilərlər.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X