Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında finala çıxıb.
Fanat.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda moldovalı Vasili Diakonla qaşılaşıb.
Rəqibini minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb.
Azərbaycan təmsilçisi həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.
***
Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
Fanat.Az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hrayr Alixanyanı məğlubiyyətə uğradıb.
Qadjiyev finalın bir addımlığında Vasile Diakonla (Moldova) güləşəcək.
125 kiloqram çəki dərəcəsində Vaxit Qalayev eyni mərhələdə Alişer Yergaliyə (Qazaxıstan) uduzub. 61 kq-da yarışan İntiqam Vəlizadə 1/8 finalda Elkin Santaya (Kolumbiya) yenilib.
Bu gün həmçinin 70 kiloqramda yarışan Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kiloqramdakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.