Karate üzrə qadınlardan ibarət Azərbaycan yığmasının lideri İrina Zaretska Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) təsis etdiyi “Guardian Girls” hərəkatına qoşulub.
Fanat.Az xəbər verir ki, hərəkat Zaretskanın iştirakı ilə Los-Ancelesdə ilk məşqini keçirib.
Təlimdə Milli Karate Federasiyasının rəhbəri Yaşar Bəşirov da iştirak edib.