Bakıda təşkil olunan paralimpiyaçı cüdoçuların dünya çempionatında sabah komanda yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması startda Gürcüstanla üz-üzə gələcək.
Qarşılaşmanın qalibi 1/4 finalda Özbəkistan kollektivi ilə münasibətləri aydınlaşdıracaq.
Kişilərin yarışında ümumilikdə 11 komanda iştirak edəcək.
Qadınların komanda turnirində isə Azərbaycan təmsil olunmayacaq.