Azərbaycan daha bir paralimpiyaçı cüdoçusu Bakıda keçirilən dünya çempionatının bürünc medalını qazanıb.
Fanat.Az xəbər verir ki, qadınlar arasında J2 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Xanım Hüseynova üçüncü yer uğrunda həlledici dueldə rəqibinə qalib gələrək ölkəmizə mundialın üçünca mükafatını qazandırıb.
Daha əvvəl Şəhanə Hacıyeva (J2, 48 kq) və Namiq Abaslı (J2, 73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Bu gün həmçinin İlham Zəkiyev (J1, +90 kq) final, Xatirə İsmiyeva (J1, +70 kq) bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 10-da komanda yarışı ilə yekun vurulacaq.