Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
6:2 hesablı qələbə qazanan Stadnik 1/4 finala yüksəlib. Mariya növbəti görüşünü monqolustanlı Otqonjarqal Dolqorjava qarşı keçirəcək.
Nihat