Fransalı yüngül atlet Alis Fino Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurandan sonra diqqətləri üzərinə çəkib.
Fanat.Az xəbər verir ki, 3000 metr məsafəyə stipl-çez yarışını 4-cü yerdə tamamlayan Alis sevgilisinə evlilik təklif edib.
"RMC Sport" onun sözlərini belə çatdırıb: "Hər şeyi hamı kimi etmək xoşuma gəlmir. O, mənə hələ evlilik təklif etməmişdi. Düşündüm ki, 9 dəqiqədən tez qaçsam, addımı özüm atacam. Biz artıq 9 ildir ki, bir yerdəyik. Bu, mənim sevimli rəqəmimdir".
Nihat