Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Güləşçimiz gözlənilmədən rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazana bilmədiyi üçün Turan təsəlliverici görüşdə bürünc qazanmaq şansını da itirib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.