Bu gün Azərbaycanın iki təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, T12 kateqoriyasında yer alan Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək.
Bu yarışa Bakı vaxtı ilə 12:00-da start veriləcək.
Ardınca paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaq. O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə bacarığını göstərəcək. Təsnifat mərhələsi saat 12:45-də başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Parataekvondoçu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medala sahib çıxıb.